Gürcüstan xarici işlər naziri Azərbaycan-Ermənistan gərginliyinə münasibət bildirib
24.09.2020 14:02
617
Siyasət
A
Gürcüstan xarici işlər naziri Azərbaycan-Ermənistan gərginliyinə münasibət bildirib
"Gürcüstan Azərbaycanın Ermənistanla dövlət sərhədində baş verən son gərginliklərlə bağlı narahatlığını bölüşür". Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib. Onun sözlərinə görə, vəziyyətin deeskalasiyası üçün irəli addımlar atılmalıdır: "Gərginliyin aradan qaldırılması prosesinə beynəlxalq ictimaiyyət fəal şəkildə cəlb olunmalıdır". D.Zalkaliani deyib ki, Gürcüstan və Azərbaycan bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Ceyhun Bayramov da öz növbəsində bildirib ki, Azərbaycan hər zaman Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə birmənalı və qəti şəkildə dəstəyini ifadə edir.
ŞƏRH YAZ
0