Xazaradze İvanişviliyə çağırış etdi -
24.09.2020 16:55
1063
Siyasət
A
Xazaradze İvanişviliyə çağırış etdi - "İstənilən ictimai yerə və ya televiziyaya çıxaq"
" 'Gürcü Arzusu'nun sədri cənab Bidzina İvanişvili, sizə müraciət edirəm. İstənilən vaxt istənilən ictimai yerə və ya televiziyaya çıxaq". Aktual.ge xəbər verir ki, bu sözlərlə müxalif "Lelo" partiyasının sədri Mamuka Xazaradze "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişvilini müzakirəyə dəvət edib. Müxalif lider ölkədəki çətin iqtisadi vəziyyətə görə hakim komandanı günahlandırıb. "Dəvətimin məqsədi kimin yaxşı və ya pis olduğunu göstərmək deyil, "xilas olunmağın" yolunu cəmiyyətə çatdırmaqdır. Biz böhranı necə idarə edəcəyimizi, larinin enişinə necə son qoyacağımızı, iqtisadiyyatı necə sabitləşdirəcəyimizi və Gürcüstanda işləyən minlərlə insanın işini necə qoruyacağımızı yaxşı bilirik. Əgər Avropaya can atdığımızı və demokratiya qurduğunuzu deyirsinizsə, buyurun müzakirəyə başlayaq", - deyə M.Xazaradze B.İvanişviliyə çağırış edib.
ŞƏRH YAZ
0