Davit Bakradze:
24.09.2020 20:45
1025
Siyasət
A
Davit Bakradze: "Biz varlı hökumətin kasıb ölkəsiyik"
"Bu gün biz zəngin bir hökuməti olan yoxsul bir ölkəyik". Aktual.ge xəbər verir ki, bu barədə "Avropalı Gürcüstan" partiyasının sədri Davit Bakradze deyib. Onun sözlərinə görə, "Avropalı Gürcüstan"ın məqsədi hökumətin aza, əhalinin isə çoxa sahib olmasıdır. “Hamınız bilirsiniz ki, bu gün ölkədə həddindən artıq yoxsulluq, dərman və əsas istehlak mallarının bahalaşmasının artması çoxalıb. “Gürcü Arzusu"nun lideri cinayətin yalnız televizorda artdığını deyir. Bunun səbəbi isə küçələrə çıxmaması və bütün bunları görməməsidir. Bütün bunlar, işsizlik, yoxsulluq, bahalaşma və cinayətkarlıq bizim əsas problemimizdir. Builki seçkidə "Gürcü Arzusu"nun məğlubiyyəti ilə yanaşı bu problemləri də məğlub edəcəyik. Bu gün biz varlı hökumətə malik kasıb ölkəyik. Hökumətin yaxşı yaşadığı, xalqın pis yaşadığı bir ölkəyik. Məqsədimiz isə hökumətin aza, xalqın daha çoxa malik olması üçün bunları dəyişdirməkdir", - deyə Bakradze bildirib.
ŞƏRH YAZ
1