İlham Əliyev sərt danışdı -
25.09.2020 10:45
318
Dünya
A
İlham Əliyev sərt danışdı - "Bütün ölkələri Ermənistana silah tədarükündən çəkinməyə çağırırıq"
"Xüsusilə də Ermənistanın Tovuz bölgəsində keçirdiyi hərbi təxribatından sonra Ermənistana silah tədarükünün artması bizi son dərəcə narahat edir". Aktual.ge xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nın Baş Asambleyasının video formatında keçirilən 75-ci iclasında söyləyib. Azərbaycan Dövlət başçısının sözlərinə görə, Azərbaycan tərəfi Ermənistanın pulsuz silahla təmin olunduğunu düşünür. "Dövlət sərhədindəki aktiv hərbi toqquşmalar 16 iyulda dayandırıldı. Növbəti gün, 17 iyul tarixindən sentyabra qədər hərbi yük təyyarələri ilə minlərlə ton hərbi texnikanın Ermənistana çatdırılmasının şahidi olduq. Ermənistanın dünyanın ən kasıb ölkələrindən biri olduğunu və milyardlarla dollar dəyərində silah ala bilməyəcəyini nəzərə alsaq, bunun pulsuz silahlarla təmin edilə biləcəyini düşünürük. Soyqırım həyata keçirən təcavüzkar bir ölkənin silahla təmin edilməsi sülh danışıqlarına xeyli ziyan vurur və işğalçı dövlətin yeni hərbi təxribatlar həyata keçirməsini asanlaşdırır. Biz bütün ölkələri Ermənistana silah tədarükü etməkdən çəkinməyə çağırırıq” – deyə Prezident İ.Əliyev qeyd edib.
ŞƏRH YAZ
0