Hökumət bu sahədə zərər çəkmiş şəxslərə YARDIM EDƏCƏK
25.09.2020 11:14
1545
İqtisadiyyat
A
Hökumət bu sahədə zərər çəkmiş şəxslərə YARDIM EDƏCƏK
"Hökumət toy da daxil olmaqla mədəni tədbirlərə qoyulan qadağalardan zərər çəkmiş şəxslərə yardım edəcək". Aktual.ge xəbər verir ki, bunu Hökümət Administrasiyasının rəhbəri Natia Mezvrişvili deyib. Onun sözlərinə görə, hökumət qoyulan qadağalardan zərər çəkmiş şəxslərə yardım göstərilməsi və seçki öncəsi vəziyyəti tarazlıqda saxlamağa çalışır. “Hökumətin iqtisadi komandası bunun üzərində işləyir. Hazırda seçkiqabağı dövrdəyik. Bir tərəfdən müəyyən məhdudiyyətlərdən zərər çəkmiş insanlara yardım etmək üçün əlimizdən gələni edirik, digər tərəfdən isə seçki öncəsi vəziyyəti tarazlıqda saxlamağa çalışır, lakin 31 oktyabr tarixinədək bu cür qərarlar qəbul etmək istəmirik, çünkü bu seçkiqabağı dövrdə qanun pozuntusu sayıla bilər. Yaxın gələcəkdə bu insanlara mütləq məlumat verəcəyik",- deyə N.Mezvrişvili bildirib.
ŞƏRH YAZ
3