Facebook, Gürcüstan da daxil olmaqla dünyanın bir neçə ölkəsini hədəf alaraq Rusiyada yaradılan saxta səhifələri və hesabları silir
25.09.2020 11:24
317
Dünya
A
Facebook, Gürcüstan da daxil olmaqla dünyanın bir neçə ölkəsini hədəf alaraq Rusiyada yaradılan saxta səhifələri və hesabları silir
Facebook şirkəti Rusiyada yaradılan və Gürcüstan da daxil olmaqla dünyanın bir neçə ölkəsini hədəf alan saxta hesabları və səhifələri silib. Aktual.ge xəbər verir ki, bu barədə "Facebook"un özü məlumat yayıb. Məlumata əsasən, xarici və ya dövlət müdaxiləsinə qarşı sosial şəbəkə siyasətini pozulması səbəbindən "Facebook"da 214 şəxsi hesab, 35 səhifə və 18 qrup, "Instagram" sosial şəbəkəsində isə 34 hesab silinib. Rusiyadakı bu saxta hesablar, qruplar və səhifələr əsasən Suriya və Ukraynada, bu ölkələrə nisbətən Türkiyə, Yaponiya, Ermənistan, Gürcüstan, Belarusiya və Moldovaya yönəldilmişdir. Bundan əlavə, bu fəaliyyətlərin kiçik bir hissəsi həmçinin İngiltərə və ABŞ-nı da hədəfə alıb. Şirkətdən verilən məlumata görə, kampaniyanın arxasında dayanan şəxslər ingiliscə, ukraynaca, rusca və ərəbcə də daxil olmaqla bir çox dildə məlumat yayımlayıblar. Suriyadakı daxili müharibə, Türkiyənin daxili siyasəti, NATO, Ukrayna müharibəsi, Baltikyanı ölkələr, Gürcüstan, Ermənistan, Ukrayna, Rusiya, Belarusiya və ABŞ da daxil olmaqla xəbərlər və aktual hadisələr barədə tez-tez məlumat verirlər. Şirkətin "Facebook"dakı koordinasiyalı fəaliyyətləri 2018-ci ilin avqustu və 2020-ci ilin fevralında silinən şəbəkələrlə əlaqədardır. "Əməliyyatın arxasında olanlar şəxsiyyətlərini və koordinasiyalarını gizlətmək üçün addımlar atırlar. Araşdırmamız nəticəsində bu qrupların hərbi kəşfiyyat xidmətləri daxil olmaqla Rusiya hərbi idarələri ilə əlaqələndirildiyi aşkar olunub",-deyə məlumatda deyilir.
ŞƏRH YAZ
0