Son sutkada koronavirusa yoluxma hallarının hansı bölgələrdə qeydə alındığı açıqlandı
25.09.2020 11:47
304
Sağlamlıq
A
Son sutkada koronavirusa yoluxma hallarının hansı bölgələrdə qeydə alındığı açıqlandı
Yoluxucu Xəstəliklər Xəstəxanasının boks şöbəsinin müdiri Marina Endeladzenin sözlərinə görə, 265 yeni koronavirusa yoluxma faktının 165-i Acarıstanda, 43-ü Tbilisidə qeydə alınıb. Aktual.ge xəbər verir ki, bu barədə M.Endeladze jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, ölkədəki 3000 aktiv yoluxma hadisəsindən 17-nin vəziyyəti ağırdır. "Bu gün təsdiqlənmiş 265 yoluxma halından 165-i Acarıstanda, 43-ü Tbilisidə, 27 -i İmeretidə, 6-ı Kaxetidə, 6-ı Sameqrelo Zemo Svanetidə, 4-ü Samçxe Cavaxetidə, 3-ü Kvemo Kartlidə və 2-i Şida Kartlidə qeydə alınıb”- deyə o bildirib
ŞƏRH YAZ
2