Batumidə ictimai nəqliyyatın hərəkəti dayandırılıb
"Batumidə ictimai nəqliyyatın hərəkəti səhər saatlarından dayandırılıb. 120 avtobus və 600-ə qədər mikroavtobus fəaliyyətini müvəqqəti olaraq dayandırıb".
Aktual.ge xəbər verir ki, bununla bağllı Batumi Yol Nəqliyyatının direktoru Badri Partenadze açıqlama verib.
“Yeni qaydalara əsasən, işimizi dayandıracağıq. 120 avtobusun hərəkəti dayandırılıb. Koordinasiya Şurası yeni qərar qəbul edənə qədər bu belə davam edəcək. Sürücülər yaz məhdudiyyətləri dövründə olduğu kimi bu müddətdə də lazımi təzminatlarını alacaqlar”,-deyə o bildirib.
Qeyd edək ki, sabahdan etibarən Batumidə şəhərlərarası nəqliyyat da məhdudlaşdırılacaq.
Xatırladaq ki, Acaristanda koronavirusa yoluxma halların artmasından dolayı hökumət qərar verib ki, Acaristanda ictimai nəqliyyat dayandırılsın və restoranlar axşam saat 22:00-a qədər fəaliyyət göstərsin.