Nazirdən sərt açıqlama -
25.09.2020 12:27
721
Siyasət
A
Nazirdən sərt açıqlama - "Seçkilər bitənə qədər baş verən bütün hadisələrə çox sərt cavab veriləcək"
"Biz hər şeyi edirik və inanıram ki, indi və həmçinin seçkilər bitənə qədər bütün işlərə çox sərt bir cavab veriləcək”. Aktual.ge xəbər verir ki, bunu Daxili İşlər Naziri Vaxtanq Qomelauri jurnalistlərin seçkiqabağı təşviqat dövründəki təzyiqlər və zorakı hərəkətlər barədə sualını cavablandırarkən söyləyib. Nazirin sözlərinə görə, nə indi, nə də son illərdə seçkiqabağı dövründə polisin cavab vermədiyi bir hadisə olmayıb. “Seçkiqabağı təşviqat dövründə hücumun baş verdiyi polisin istintaq aparmadığı barədə çox açıqlamalar verilir. Bu hadisələrin baş vermədiyi hər hansı bir seçkidən və bu hadisələrə polisin heç bir reaksiya göstərməməsindən söhbət gedə bilməz. Belə bir hadisə nə 2018, nə 2016, nə də ki, başqa bir vaxtda baş verməyib. Baş verən hadisələrə lazımi cəzanın verilməsi isə məhkəmənin qiymətləndirilməsindən asılıdır. Buna görə də hər şeyi edirik və inanın mənə, indi və seçkilər bitənə qədər bütün hadisələrə çox sərt cavab veriləcək", -deyə Qomelauri bildirib.
ŞƏRH YAZ
1