Koronavirus Rustavidə də tüğyan etməyə başlayır
Son 24 saat ərzində Gürcüstanda təsdiqlənmiş koronavirusa yoluxma hadisələrindən biri də Rustavidə qeydə alınıb.
Aktual.ge xəbər verir ki, bu barədə Rustavi Xalq Sağlamlığı və Təhlükəsiz Ətraf Mühitin Qorunması Mərkəzindən məlumat verilib.
Verilən məlumata görə, virusa yoluxan şəxsin yoluxma mənbəyini müəyyənləşdirmək üçün epidemioloji araşdırmaların aparıldığı və hazırda yoluxma mənbəyinin məlum olmadığı bildirilib.
Qeyd edək ki, 29 avqust tarixindən bugünə qədər Rustavidə virusa yoluxanların sayı 50 nəfər təşkil edir.