Mərkəzdən elektron siqaretlərlə bağlı əhaliyə xəbərdarlıq edildi
28.07.2022 01:25
906
Sağlamlıq
A
Mərkəzdən elektron siqaretlərlə bağlı əhaliyə xəbərdarlıq edildi

Milli Xəstəliklərə Nəzarət Mərkəzi elektron siqaretlərlə bağlı təhlil təqdim edir və əhaliyə xəbərdarlıq edir.

Aktual.ge xəbər verir ki, Qurumdan bildirilib ki, elektron siqaretlər insanlara siqareti atmağa kömək etmir və digər tütün məhsulları kimi sağlamlığa zərərlidir.

Qeyd olunub ki, Milli Epidemiologiya və Əhali Sağlamlığı Mərkəzinin apardığı araşdırmaya əsaslanaraq təqdim edilir:

•Elektron siqaret çəkmək ağciyərlərin zədələnməsi, ürək-damar xəstəlikləri, xərçəng və digər xəstəliklərin riskini artırır;
•Elektron siqaretdən istifadə xüsusilə yeniyetmələr arasında bağıllıq yaradır;
•Bir çox hallarda yeni tütün məmulatının istifadəçisi eyni vaxtda siqaret çəkir ki, bu da sağlamlıq üçün ikiqat təhlükə yaradır;
•Elektron siqaret istifadəçiləri ənənəvi tütün istifadəçilərindən üç dəfə çox çəkirlər.

"Öz sağlamlığınızın və ətrafınızdakıların qayğısına qalın, heç bir tütün məmulatına yox deyin",-mılumatda ayrıca bildirilib.

ŞƏRH YAZ
0