2019-cu ildə Gürcüstanda olan ölüm səbəbləri açıqlanıb
2019-cu ildə Gürcüstanda 15-39 yaş arası vətəndaşların əsas ölüm səbəbi yol qəzaları olub. Bu isə ölkədə ümumi ölənlərin 17,8 %-ini təşkil edir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi (Geostat) məlumat yayıb.
Məlumata əsasən, 2019-cu ildə 15-39 yaş arasındakı ölüm sayı 1282 nəfər təşkil edib. Yaş qrupları üzrə ətraflı təhlil əsasında 2019-cu ildə ölkədə 15 yaşınadək 541 uşağın öldüyü məlum olub.
Bu ölümlərin əsas səbəbləri perinatal dövr üçün xarakterik olan tənəffüs və ürək-damar xəstəlikləri (31,1%), qan dövranı sisteminin anadangəlmə anomaliyaları (9,2%) və perinatal dövr üçün xarakterik infeksiyalardır (8,3%). 15 yaşınadək qrip və sətəlcəmdən ölümlər 3,5% təşkil edir. 40-59 yaş arası ölüm səbəbi üstünlük təşkil edən ürək xəstəlikləri (12.0%), 60 yaş və 60 yaşdan yuxarı olan şəxslər (21.5%) üçün isə serebrovaskulyar xəstəliklər (beyin damarlarının və membranlarının xəstəliyi) olub.
Geostatın apardığı araşdırmaya əsasən, Gürcüstanda 2019-cu ildə 46.659 kişi nəfər olüb və bunlardan 24.019 kişi, 22.640-ı isə qadın olub.