Kateqoriyalar
Gürcüstanda son həftə ərzində (24.07-31.07.2022) yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 802 yeni yoluxma halı aşkar edilib.
Aktual.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ötən müddətdə 10 233 nəfər koronavirusdan sağalıb, 10 xəstə isə vəfat edib.