İlham Əliyev Qarabağdakı gərginlikdən danışdı
05.08.2022 10:00
183
Dünya
A
İlham Əliyev Qarabağdakı gərginlikdən danışdı

"Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilib və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuz həlak olub".

Aktual.ge xəbər verir ki, bunu Azərbaycanın Prezidenti İlham Əliyev Fransa dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

O, Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü vurğulayıb.

ŞƏRH YAZ
2