Gürcüstana külli miqdarda qızıl keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb - VİDEO
05.08.2022 10:59
228
Kriminal
A
Gürcüstana külli miqdarda qızıl keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb - VİDEO

Türkiyədən Gürcüstana 871.53 qram qızıl keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb.

Aktual.ge xəbər verir ki, məlumatı Gürcüstanın Maliyyə Nazirliyi yayıb.

Bildirib ki, Ermənistan vətəndaşı “Kartsaxi” gömrük keçid məntəqəsi vasitəsilə Türkiyədən dəyəri 133 351.74 lari olan qızılı Gürcüstan ərazisinə qanunsuz yolla daxil etməyə çalışarkən saxlanılıb.

Faktla əlaqədar cinayət işi açılıb, iş üzrə saxlanılan şəxsin 5 ildən 7 ilədək həbsi nəzərdə tutulur.

ŞƏRH YAZ
0