
Kateqoriyalar
Vahid Milli İmtahanlarda Azərbaycan və erməni dilində (1+4) imtahanlarının ilkin nəticələri açıqlanıb.
Aktual.ge xəbər verir ki, bu barədə Milli İmtahan Mərkəzi məlumat yayır.
Bildirilir ki, abituriyent öz nəticəsini öyrənmək üçün online2.naec.ge/uee-res/ internet saytına daxil olmalı və müvafiq sahədə şəxsi İD nömrəsini və beşrəqəmli parolunu yazaraq daxil olmalıdır. İmtahana şəxsi səhifəsində öz testinin surətini və konkret fənn üzrə topladığı ilkin, “xam” balı görmək imkanı olacaq. Vahid Milli İmtahanların yekun nəticələri ərizələrə baxıldıqdan, balların bərabərləşdirilməsindən və miqyasından sonra dərc olunacaq.