Dünyanın gözü Soçiyə yönəldi... Ərdoğanın səfəri başladı
05.08.2022 15:43
222
Dünya
A
Dünyanın gözü Soçiyə yönəldi... Ərdoğanın səfəri başladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə işgüzar səfərə gedib.

Aktual.ge xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Türkiyə Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə təkbətək, daha sonra isə heyətlərarası görüş keçirəcək.

Dünyanın diqqətində olan liderlərin görüşündən sonra mətbuat konfransının keçiriləcəyi istisna olunur. Ərdoğan və Putin görüşündə taxıl dəhlizi və Ukrayna müharibəsi, xüsusilə Suriyanın şimalına Türkiyənin mümkün hərbi əməliyyatın müzakirə ediləcəyi məlumatları yayılıb.

ŞƏRH YAZ
1