Baş epidemioloq istefa verdi
05.08.2022 21:36
460
Siyasət
A
Baş epidemioloq istefa verdi

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze istefa verib.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Səhiyyə naziri Zurab Azarişvili təsdiqləyib.

"Dünən söhbətimiz oldu. Amiran Qamkrelidzenin ölkə və xalq qarşısında böyük xidmətləri var. O, 90-cı illərin əvvəllərindən bu sistemdədir. Yaxın günlərdə o, müvafiq bəyanatla nazirliyə müraciət edəcək. Tamar Qabunia üzərinə düşən vəzifəni yerinə yetirəcək. Bunun pandemiyadan əvvəlki dövrlə və ya pandemiya zamanı baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur . O, vətənə ləyaqətlə xidmət edib, vəzifəsindən də ləyaqətlə gedir. Arenanı başqalarına verir. Amiran Qamkrelidze şəxsi istəyi ilə vəzifəsindən gedir" , - nazir "Palitranius"un efirində qeyd edib.

Məlumat üçün bildirək ki, Amiran Qamkrelidze 2013-cü ildən sözügedən quruma rəhbərlik edir.

ŞƏRH YAZ
1