Marneulidə evi yanan aztəminatlı ailə üçün yardım kampaniyası başlanıldı
05.08.2022 21:58
562
Mədəniyyət
A
Marneulidə evi yanan aztəminatlı ailə üçün yardım kampaniyası başlanıldı

Xəbər verdiyimiz kimi, bu gün, günün ikinci yarısında Marneuli Bələdiyyəsinin Əzizkənd kəndində bir mərtəbəli yaşayış evi yanaraq külə dönüb.

Aktual.ge xəbər verir ki, evin yanaraq yaşayış üçün əlverişiz vəziyyətə gəlməsi ilə bağlı Algeti Məscidinin axundu Mahir Quliyev sosial şəbəkədə xeyriyyə kampaniyası başladıb.

O, bildirib ki, ailə neçə müddətdir fəhləlik edərək bir miqdar toplayıbmış ki, yeni ev tiksin, fəqət evin yanması ilə daxilində olan vəsaitdə kül olub.

Din xadimi insanları evi yanaraq kül olmuş şəxsə yardım etməyə çağırıb və bununla bağlı artıq xeyriyyə kampaniyasına başlanıldığını bildirib.

Mahir Quliyev Gorarxi Xeyriyyə Fondunun bank hesabını sosial şəbəkədə paylaşıb və hər kəsi yardım etməyə çağırıb:

GE85BG0000000161224144

Xatırladaq ki, bu gün Marneulinin Əzizkənd kəndində yanmış evin sahibi Hidayət Süleymanov saytımıza bildirib ki, evdə külli miqdarda - 20 min lariyə qədər nəğd pul və qızıl zinət əşyaları var idi hansı ki, yeni ev tikmək üçün toplamışdıq, hamsı yanaraq kül olub.

ŞƏRH YAZ
1