İsrailə raketlər atıldı, paytaxtda həyəcan siqnalı verilir, 25 min ehtiyatda olan hərbiçi xidmətə çağırıldı
06.08.2022 01:53
465
Dünya
A
İsrailə raketlər atıldı, paytaxtda həyəcan siqnalı verilir, 25 min ehtiyatda olan hərbiçi xidmətə çağırıldı

İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda biri uşaq olmaqla 10 nəfər ölüb, 55 nəfər yaralanıb. Buna cavab olaraq Qəzzadan İsrail kim tərəfindən atıldığı bilinməyən raketlər atılıb.

Aktual.ge "AA"ya istinadla xəbər verir ki, İsrailə düşən raketlərdən sonra paytaxt Tel-Əviv şəhərində siren səsləri eşidilib, digər bir tərəfdən isə 25 min ehtiyat əsgəri orduya çağrılıb.

Məsələ ilə bağlı İsrail ordusundan verilən yazılı açıqlamada, İsrailin cənub və mərkəzi bölgələrində hücum sirenlərinin səsləndiyi bildirilib. Bununla belə İsrail ordusundan verilən məlumatda qeyd olunub ki, blokadada olan Qəzza zolağında İslami Cihad Hərəkatına aid mərkəzlər vurulub.

İslami Cihad Hərəkatının sözçüsü Davud Şihab da İsrailin Qəzzaya hücumu zamanı hərəkatın aparıcı simalarından olan Teysir əl-Caberinin öldürüldüyünü açıqlayıb. Hücumdan sonra Qəzzadakı Fələstin müqavimət qruplarının hərbi qanadları İsrailin hücumlarına cavab verəcəklərini elan ediblər.

ŞƏRH YAZ
1