Gürcüstanın İsrail Səfirliyi xəbərdarlıq bəyanatı verdi
06.08.2022 02:01
592
Siyasət
A
Gürcüstanın İsrail Səfirliyi xəbərdarlıq bəyanatı verdi

Gürcüstanın İsraildəki səfirliyi bəyanat yayır və bu ölkədəki Gürcüstan vətəndaşlarına xəbərdarlıq edib.

Aktual.ge diplomatik təmsilciliyimizin xəbərdarlığını olduğu kimi təqdim edir:

Aşağıdakı məhdudiyyətlər 6 avqust şənbə günü saat 20:00-a qədər qüvvədə olacaq (uzadıldığı təqdirdə əlavə olaraq məlumat verəcəyik).

Qəzza zolağından 80 km radiusda yaşayanlar üçün:

Açıq məkanda 10 nəfərdən, qapalı məkanda isə 50 nəfərdən çox olmayan tədbir və toplantılara icazə verilir,

Təhsil müəssisələrində, uşaq bağçalarında və yay düşərgələrində tədris prosesi aparılmayacaq,

İş yerlərində olmağa yalnız sığınacaq olan müəssisələrdə icazə verilir,

Eyni təhlükəsizlik normaları mərkəzi və qərb Negevdə yaşayanlara da aiddir. Yalnız qapalı məkanda toplaşmaq şərti fərqlənir: 100 nəfərə icazə verilir,

Ben-Qurion Beynəlxalq Hava Limanında uçuş və eniş cədvəlində dəyişiklik edilib,

İctimai sığınacaqlar İsrailin cənub şəhərlərində - Aşdod, Şderot , Beerşeva və həmçinin bir sıra mərkəzi şəhərlərdə açılıb,

Xahiş edirik qeyd olunan təhlükəsizlik normalarını nəzərə alın və onlara əməl edin”.

Xatırladaq ki, İsrail ilə Qəzza arasında yenidən gərginlik başlayıb.

ŞƏRH YAZ
1