06.08.2022 12:21
1242
Siyasət
A
"Borçalıda Azərbaycana qarşı din adı altında böyük bir qüvvə formalaşdırılıb" - Azərbaycanlı deputatdan sensasion sözlər...

“Bizim faciəmiz elə Borçalıdan başlayır. Orada əməlli-başlı Azərbaycana qarşı elə bir böyük bir qüvvə formalaşdırılıb ki, bu, sadəcə dəhşətdir".

Aktual.ge xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Yenisabah-a müsahibəsində deyib.

Azərbaycanlı milli vəkili 4 avqust tarixində Londonda Azərbaycan Səfirliyinə edilən təxribatı şərh edərkən Gürcüstanın azərbaycanlı müsəlman icmasına da toxunub. Bununla belə o, Azərbaycan səfirliyinə qarşı həyata keçirilən hücumdan sonra ölkəsinin sosial şəbəkə seqmentində səsləndirilən “Həmin terrorçular güllələnməliydi” fikrinə, habelə hadisələrin pərdəarxası məqamlarına münasibət bildirərkən Gürcüstanda yaşayan soydaşlarından ibarət Azərbaycana qarşı böyük bir qüvvənin formalaşdığını söyləyib.

Onun sözlərinə görə, Gürcüstankı azərbaycanlı icmasının Azərbaycana qarşı formalaşması ilə bağlı Gürcüstan hökumətiylə danışıqlar aparılmalıdır.

“Bizim faciəmiz elə Borçalıdan başlayır. Orada əməlli-başlı Azərbaycana qarşı elə bir böyük bir qüvvə formalaşdırılıb ki, bu, sadəcə dəhşətdir. Eyni zamanda Azərbaycanın ayrı-ayrı regionlarında, Bakının özündə kifayət qədər böyük bir qüvvələr formalaşdırılıb. Bunun hamısı nədir? Sadəcə bu məsələ üzərində nəzarəti həyata keçirməli olan sistemin yaxşı işləməsindən qaynaqlanan bir prosesdir. Bu sistem işləmədikdə Azərbaycana hər zaman böyük bir təhlükə olacaq. Əslinə qalsa, bu bayraq, bir məşq idi. Bayrağımızı endirdilər və bizə göstərmək istədilər ki, elə Azərbaycanın özündə sizin bayrağınızı endirə bilərik, bunun üçün biz çalışırıq. Ona görə də buna qarşı mübarizənin formasını düzgün tapmalıyıq. Bizdə bu mübarizəni aparan qüvvələrdən isə polis və xüsusi xidmət orqanlarının fəadakarlığı görünür. Axı təkcə bu ikisinin fəaliyyəti ilə dövlət qorunmur? Dövləti qorumaq üçün daha böyük və sistemli bir fəaliyyətə ehtiyac var. Biz fərdi qaydada bu qruplarla mübarizə aparırıq, amma sistemli mübarizəni mən görmürəm. Açığını desəm, bu məsələdə vəziyyətimiz bir o qədər də yaxşı deyil və bunu elə-belə pərdəməklə heç nə olmur. Biz bunu Gürcüstan hökuməti ilə danışmalıyıq, bu məsələlərlə bağlı müəyyən proseslərin nə qədər təhlükəli olduğunu onların da diqqətinə çatdırmalıyıq. Çünki orada da din pərdəsi altında Azərbaycana qarşı böyük bir qüvvənin formalaşdığını açıq-aşkar görürük. Digər yerlərdə də belə fəlakətli vəziyyət yaranmaqdadır. Ona görə də bu məsələləri gözardı etmək lazım deyil",-deyə Fazil Mustafa qeyd edib.

Xatırladaq ki, 4 avqust tarixində Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

 

ŞƏRH YAZ
14