Kənan Ömərovdan evləri yanaraq külə dönən ailə ilə bağlı AÇIQLAMA
06.08.2022 13:24
2197
Siyasət
A
Kənan Ömərovdan evləri yanaraq külə dönən ailə ilə bağlı AÇIQLAMA

"Marneulinin Əzizkənd kəndində ötən gün baş verən evi yanan həmvətənlimizə əlimizdən gələnin artıqını edəcəyik".

Bu barədə Aktual.ge xəbər portalının sualını cavablandıran Marneuli meri Kənan Ömərov bildirib.

Bu gün səhər saatlarında Süleymanovlar ailəsinə baş çəkdiyini bildirən Marneuli meri deyib: "Allaha şükürlər olsun ki, burada kimsə xəsarət almayıb. Bu gün və sabah bizim meriyanın sistemləri və müvafiq proqramları işləmir. Bütün aidiyyatı yerlərə tapşırıq vermişəm, birinci günü müvafiq strukturlar məsələ ilə yaxından maraqlanacaq və əlimizdən gələni artıqlamasıyla edəcəyik".

Evləri yanaraq kül olan Süleymanovlar ailəsi bu mərhələdə harada qalacaq, Meriya tərəfindən mümkün hər-hansısa addımlar atılıbmı sualına isə Kənan Ömərov belə cavab verib:

"Elimiz xeyirxaqdır, mən az əvvəl hadisə yerindən ayrıldım və elə bu məsələ ilə bağlı da onlara müvafiq təkliflər etdik, fəqət buna ehtiyac olmadığı bildirildi və onlar bu mərhədələdə qoxumlarının evlərində qalacaqlarını söylədilər".

Xatırladaq ki, 5 avqust tarixində Marneuli rayonunun Algeti ərazi vahidliyinin Əzizkənd kəndində Süleymanovlar ailəsinin evi yanaraq kül olub. Aztəminatlı ailə bildirib ki, onlar yeni ev tikmək üçün bir müddətdir topladıqları 20 min lariyə qədər pul və qızıl zinət əşyalarıda evin içində yanaraq külə dönüb.

ŞƏRH YAZ
6