Sabah Marneulidə izdihamlı Tasua yürüşü keçiriləcək
06.08.2022 15:31
341
Din
A
Sabah Marneulidə izdihamlı Tasua yürüşü keçiriləcək

"Hər il olduğu kimi bu ildə Marneuli Tasua yürüşü keçiriləcək".

Bu barədə Aktual.ge xəbər portalına Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dİni İdarəsinin (ÜGMADİ) sədri və şeyxi seyid Mirtəqi Əsədov məlumat verib.

O bildirib ki, 7 avqust saat 11:00-də Marneuli Əhlibeyt Cəmiyyətinin qarşısından Hz.İmam Əli (ə.s) Məscidinə doğru izdihamlı Tasua yürüşü keçiriləcək.

Mirtəqi Əsədov qeyd edib ki, yürüş başa çatdıqdan sonra Marneuli Mərkəzi Məscidinin qarşısında xütbə olacaq, xüsusi qonaqlar təşrif buyuracaq və ehsan paylanılacaq.

Din xadimi eyni zamanda müsəlmanları sözügedən yürüşdə iştirak etməyə çağırıb.

Din xadimi əlavə edib ki, bu il Aşura günü 8 avqusta təsadüf edir.

ŞƏRH YAZ
2