Təcili yardım çağırmaq ödənişli ola bilər
06.08.2022 16:27
903
Sağlamlıq
A
Təcili yardım çağırmaq ödənişli ola bilər

Təcili yardım çağırmaq tezliklə ödənişli ola bilər.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinə rəsmi müraciət belə edilib.

Belə ki, Təcili Yardım Mərkəzi Səhiyyə Nazirliyinə müraciət edərək özəl sığortası olan şəxslər üçün xidmət haqqının odənişli etməsini xahiş edir.

“PSP” sığorta direktoru Sofo Lebanidze deyib ki, bu dəyişiklik qüvvəyə minərsə, paketləri bahalaşdırmağa məcbur olacaqlar.

"Sığortalı vətəndaşlar üçün bu xidmətin artıq dövlət tərəfindən maliyyələşdirilməyəcəyi ilə bağlı bir neçə şifahi ünsiyyət olub. Təcili yardım maşını gəldiyi yerə 25 km məsafədədirsə, qiymət 60 lari, 25 km-dən yuxarı isə artıq hesablanacaq və 1 kilometrin qiyməti 2,50 lari olacaq",-deyə o, qeyd edib.

ŞƏRH YAZ
24