Poniçalada (Soğanlıq) yüzlərlə insanın iştirakı ilə Tasua yürüşü keçirilib - FOTO
06.08.2022 17:57
267
Din
A
Poniçalada (Soğanlıq) yüzlərlə insanın iştirakı ilə Tasua yürüşü keçirilib - FOTO

Paytaxt Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində Tasua yürüşü keçirilib.

Aktual.ge məlumat verir ki, günün birinci yarısında başlayan yürüş təqribən bir saat davam edib.

Mərsiyyə sədaları altında davam edən yürüş boyunca müsəlmanlar "Ya Hüseyn", "Ya Əbəlfəz", "Ya Zəhra", "Ya Zeynəb" şüarları səsləndirərək, Hz. İmam Hüseyn (ə) və Kərbəla şəhidlərini yad ediblər.

Poniçaladakı Mərkəzi Əhlibeyt Məscidi önündən başlayan yürüş qəsəbənin mərkəzində yekunlaşıb. Daha sonra burada çıxış edən mərkəzi Məscidin axundu Hacı Rahid imam Hüseyn əleyyhisalam adını yaşadanlara və, bu yolu qoruyub, gələcək nəsillərə ötürənlərə dua edib, eləcə də Məhərrəmliyin və Tasua yürüşünün mahiyyətindən söz açıb.

Məlumat üçün qeyd edək ki, “Tasua” günü Məhərrəm ayının doqquzuncu gününü nəzərdə tutur. Hicri qəməri təqvimlə 61-ci ilin Məhərrəm ayının doqquzunda (Tasuada) İraqın Kərbəla çölündə Peyğəmbər əfəndimiz Hz. Məhəmmədin (s) əziz nəvəsi İmam Hüseyn (ə) və onun yaxınları Ömər ibn Sədin qoşunları tərəfindən mühasirəyə alınıb. Elə həmin gün Hz. Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi Hz. İmam Hüseyn (ə) və onun yaxınlarının üzünə su yolları bağlanıb.

ŞƏRH YAZ
0