XİN rəhbəri Londondakı təxribata görə Azərbaycana tam dəstəyini bildirib - EKSKLÜZİV
06.08.2022 18:20
205
Siyasət
A
XİN rəhbəri Londondakı təxribata görə Azərbaycana tam dəstəyini bildirib - EKSKLÜZİV

4 avqust tarixində Azərbaycanın Londondakı səfirliyinə edilən təxribatla əlaqədar Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək tam dəstəyini ifadə edib.

Bu barədə Aktual.ge xəbər portalının sorğusuna Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən eksklüziv məlumat verilib.

"Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bu gün azərbaycanlı həmkarı ilə telefonla şəxsi söhbət edib və 4 avqustda baş vermiş hadisəyə görə tam dəstək və həmrəy olduğunu bildirib",- xəbər portalımıza verilən məlumatda qeyd olunub.

Xatırladaq ki, 4 avqust tarixində Azərbaycanın Londondakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

ŞƏRH YAZ
2