Ceyhun Bayramov Gürcüstan XİN rəhbərinə təşəkkür edib
06.08.2022 22:14
150
Dünya
A
Ceyhun Bayramov Gürcüstan XİN rəhbərinə təşəkkür edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İliya Darçiaşviliyə həmrəylik və dəstəyinə görə təşəkkür edib.

Aktual.ge xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə tviter hesabında yazıb.

“Radikalların Azərbaycanın Londondakı səfirliyinə misli görünməmiş hücumu ilə bağlı telefon danışığı ilə həmrəylik və dəstək ifadə etdiyinə görə Gürcüstandan olan həmkarım İliya Darçiaşviliyə təşəkkür edirəm”, - Ceyhun Bayramov qeyd edib.

Məlumat üçün bildirək ki, 4 avqust tarixində Londonda Azərbaycan Səfirliyinə qarşı törədilən təxribatla bağlı Aktual.ge Xəbər Portalı Gürcüstanın Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb. XİN-dən Aktual.ge-yə eksklüziv olaraq bildirilib ki, Gürcüstan XİN rəhbəri İliya Darçiaşvili azərbaycanlı həmkarına zəng edib və tam dəstəyini ifadə edib.

ŞƏRH YAZ
2