Baş nazir BMT-də sərt danışdı -
25.09.2020 21:12
470
Siyasət
A
Baş nazir BMT-də sərt danışdı - "Dünya Covid19-la mübarizə apararkən Rusiya təxribatları dayandırmır"
“ Bu gün, bütün dünya koronavirus pandemiyası ilə mübarizə apararkən, Rusiya Federasiyası işğal olunmuş ərazilərdə qanunsuz sərhədləşməni və təxribatları dayandırmır. Hibrid müharibə alətləri kimi milli pandemiya infrastrukturunun əsas obyektinə çevrilmiş ‘Richard Lugar Xalq Sağlamlığı Araşdırma Mərkəzin’ə dezinformasiya hücumları da daxil olmaqla geniş şəkildə istifadə olunur". Aktual.ge xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri Giorgi Qaxaria, BMT-nin Baş Məclisinin 75-ci sessiyasında söyləyib. Hökumət başçısı Covid-19 problemi ilə yanaşı Gürcüstanın illərdir başqa, daha da çətin bir problem olan ərazilərin işğalı ilə mübarizə apardığını qeyd edərək, bir daha dünya ictimaiyyətini Rusiyanın qanunsuz hərəkətlərini düzgün qiymətləndirməyə çağırıb. "Bu yeni çağırışdan əlavə Gürcüstan illərdir başqa, daha da çətin bir problemlə - ərazilərin işğalı ilə mübarizə aparır. Hamıya məlumdur ki, Rusiya 2008-ci ildə beynəlxalq ictimaiyyətin gözü qarşısında Gürcüstanın bölünməz ərazilərini Abxaziya və Çxinvali bölgəsinin 20% -ini işğal etdi. Bu hücumun qarşısının alınması isə ilk növbədə ABŞ və Avropa Birliyinin güclü dəstəyi sayəsində mümkün oldu. Rusiya Gürcüstana qarşı açıq, geniş miqyaslı hərbi təcavüzə başladı. Bu gün də, bütün dünya koronavirus pandemiyası ilə mübarizə apararkən, Rusiya Federasiyası işğal olunmuş ərazilərdə qanunsuz sərhədləşmə işlərinə və təxribatlarına dayanmadan davam edir. Pandemiya Nəzarəti üzrə Milli İnfrastrukturun əsas müəssisəsinə - Richard Lugar İctimai Səhiyyə Araşdırmaları Mərkəzinə dezinformasiya hücumları da daxil olmaqla hibrid müharibə alətləri Rusiya Federasiyası tərəfindən geniş şəkildə istifadə olunur. Təəssüf ki, Rusiya hələ də AB-nin vasitəçiliyi ilə 12 Avqust 2008-ci ildə əldə edilmiş atəşkəs razılaşmasını yerinə yetirməyərək Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq hüququn əsas normalarına və prinsiplərinə məhəl qoymur. İşğalın ağır nəticələrini ilk növbədə, humanitar böhran keçirən münaqişədən təsirlənmiş əhali öz evlərinə qayıda bilməyərək, ailələrindən, sevdiklərindən daha da uzaqlaşaraq, hərəkət, mülkiyyət hüquqları, təhsil, təməl tibbi xidmətlərdən istifadə azadlığından məhrum olaraq yerli sakinlərin qaçırılması, onlara işgəcə edilməsi və öldürülməsi ilə ödəyirlər”, - Gürcüstanın Baş naziri Giorgi Qaxaria çıxışı zamanı qeyd edib.
ŞƏRH YAZ
1