Rəcəb Tayyib Ərdoğan Aşura mərasimində iştirak edib - FOTO
09.08.2022 00:49
739
Din
A
Rəcəb Tayyib Ərdoğan Aşura mərasimində iştirak edib - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşura günü ilə bağlı paylaşım edib.

Aktual.ge xəbər verir ki, Türkiyə lideri bu haqda twiter hesabında yazıb.

“Birlik və bərabərliyin simvolu olan Aşura və Məhərrəm ayının İslam dünyası üçün xeyirli olmasını diləyirəm. Şəhidliyinin ildönümündə şəhidlərin ağası, Peyğəmbərin nəvəsi həzrəti Hüseyn əfəndimizi və Kərbəla şəhidlərini rəhmətlə yad edirəm”,- deyə paylaşımda qeyd olunub.

Daha sonra Ərdoğan Aşura münasibəti ilə Türkiyə ələvilərinin məclisində iştirak edib və sinə vurub.

Məclisdə vitse-prezident Fuat Oktay, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət və turizm naziri MeMəclisdə vitse-prezident Fuat Oktay, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da iştirak edib.

ŞƏRH YAZ
1