Marneulidə 2600 nəfərlik ehsan paylanıldı - FOTO
09.08.2022 01:19
781
Din
A
Marneulidə 2600 nəfərlik ehsan paylanıldı - FOTO

Məhərrəm ayının 10-cu günü, 8 avqust Marneuli rayonunda yerləşən Hz.İmam Hüseyn (ə) Məscidində sözügedən ibadət evi tərəfindən yüzlərlə insana kabab ehsan olunub.

Aktual.ge məlumat verir ki, Məhərrəm ayının 10-cu günü - Aşura günü münasibətilə sözügedən Məscidə toplanan müsəlmanlara ehsan olaraq 2 600 şiş kabab çəkilib.

Aşura mərasiminin ardından əza məclisinin şişə çəkilən kabablar müsəlmanlara ehsan olunub.

Məlumat üçün bildirək ki, Marneulidə Aşura günündə sözügedən xeyir iş xalqın dəstəyi və bir grup xeyriyyəçi gənc tərəfindən həyata keçirilib. Bununla belə Aşura günü Gürcüstanda müsəlmanların kompakt yaşadığı Bələdiyyə və kəndlərdə Aşura günü münasibətilə ehsan süfrələri açılıb.

ŞƏRH YAZ
0