Son Dəqiqə! Şikayətini bildirən Daştəpə kənd sakini Marneulidə polisə çağırıldı - FOTO
25.09.2020 22:17
1665
Hadisə
A
Son Dəqiqə! Şikayətini bildirən Daştəpə kənd sakini Marneulidə polisə çağırıldı - FOTO
Bu gün - 25 sentyabr tarixində Marneuli rayonunun Daştəpə kənd sakini Məleykə Quliyeva: "Dünən kəntdən bir uşaq gəlib buradakı şəkilləri (Majoritar namizədin afişası -red.) cırırdı mən də cırma dedim. Buna görə də bugün qardaşıma zəng edib məni tutacaqlarını deyiblər. Məni burada narkotik satmaqda ittiham edirlər”- İddiasını edən M.Quliyeva axşam saatlarında Marneuli polis idarəsinə çağırılıb. Aktual.ge xəbər verir ki, M.Quliyeva təqribən saat 22:00 radələrində onunla birgə açıqlama verən qardaşı Cümşüd Əliyev ilə birgə Marneuli polis idarəsinə gətirilib. Əldə olan məlumata görə, hazırda onlar dindirilir. Məlumat üçün xatırladaq ki, C.Əliyev isə bu ifadələrə yer vermişdi: “Bugün günorta saatlarında mənə bölgə polisi Babəkdən ( "Uçaskavoy" ) zəng gəldi və bacımı axtardıqlarını dedilər. Səbəbini soruşduda isə bacımın güya narkotik satdığını dedilər. Mənim bacım burada, məktəbin yaxınlığında kiçik şirniyyat, sakkız və bənzəri şeylər satır. Mənim bacımın burada satış etməyini istəmirlər. Mənə elə gəlir ki, bunu kənd mağazasının sahibi edir”. Qeyd edək ki, hazırda Marneuli polis idarəsinin qarşısında parlamentin üzvü Azər Süleymanov və müxalif "Vahid Milli Hərəkat" partiyasının fəalları toplaşıb.
ŞƏRH YAZ
7