Sarticala Muğanlıda Aşura mərasimi keçirilib
09.08.2022 17:57
652
Din
A
Sarticala Muğanlıda Aşura mərasimi keçirilib

Qardabani rayonunun Sarticala Muğanlı kəndində izdihamlı Aşura mərasimi yad edilib.

Aktual.ge xəbər verir ki, sözügedən kəndin Məscidinin həyətində baş tutan Aşura mərasiminə yüzlərlə yerli sakin qatılıb.

Sarticala Muğanlıda baş tutan Aşura mərasimində Gürcüstan və Azərbaycan bayraqları da dalğalandırılıb.

Xütbə ilə çıxış edən kəndin axundu Hümbət Əliyev deyib:

 "Bu bizim Muğanlı dindarları, şiələri olaraq dövlətimiz Gürcüstanın müttəfiqi, milli qardaş Azərbaycana və onun bayrağına İngiltərədə din, şiəlik adıyla olan təhqirlərə etirazımızın simgəsidir.
Bu bizim heç politik də yox, milli, dini, məhz şiə mövqeyimizdir. Aşuranın ən böyük mesajı həm də bu deyilmi? Din, Allah adından kirli işlər görənlərə, haqsızlığa qarşı etiraz, üsyan. Şiəlik radikalizm, kirli siyasi oyunların aləti deyil. Biz İmam Hüseyndən əleyhissalamdan haqqı, hümanizmi, vətənpərvərliyi və lazım olanda zülmə qarşı çıxmağı öyrənmişik, mərasimlərdə də bacardığımız qədər bunları öyrədir, aşılayırıq. Bunlar həm də muğanlıların milli xarakteristikasıdır".

ŞƏRH YAZ
0