Şikayətini bildirən Əliyevlərin dindirilməsi başa çatdı - AÇIQLAMA
26.09.2020 00:36
693
Siyasət
A
Şikayətini bildirən Əliyevlərin dindirilməsi başa çatdı - AÇIQLAMA
24 sentyabr Marneuli rayonunun Daştəpə kənd sakini Məleykə Əliyeva müxalif "Vahid Milli Hərəkat" partiyasının Marneuli-Qardabani seçki dairəsi üzrə majoritar namizədi Azər Süleymanovun kənddə onun məktəbin yaxınlığında şirniyyat satışı etdiyi yerdən afişalarının cırılmasına etiraz edib. 25 sentyabr tarixində isə M.Əliyeva iddia edir ki, kəndin "Uçaskavoyu" onun qardaşı Cümşüd Əliyevaya zəng edərək hədə qorxu gəlib və bacısının satış etdiyi yerdə narkotik satdığına dair ittiham edib. Aktual.ge xəbər verir ki, M.Əliyeva və C.Əliyev ötən gün günün ikinci yarısında bir neçə mətbuat xidmətinə baş verənlərlə bağlı açıqlama verib. M.Əliyeva və C.Əliyev verdiyi açıqlamalardan sonra 25 sentyabr təxminən saat 22:00 radələrində dindirilmək üçün Marneuli polis idarəsinə gətirilib. M.Əliyeva polisdə ifadə verdikdən sonra verdiyi açıqlamanı olduğu kimi təqdim edirik: "Mənə dedilər video çəkəni oraya kim gətirib. Dedim, 5-in (Vahid Milli Hərəkatı tutur nəzərdə) adamı gətirib, məni burada 'hədələyirdilər' onlara zəng elədim və gətirdilər. Mənə dedilər ki, sənə belə söz deyilibmi? Dedim, mənə yox qardaşıma deyiblər. Kimsə qardaşımı hədələyib ki, bacına söylə çıxsın getsin, burada satış etməsin. Dedim, niyə, nəyə görə? və Eldənizə zəng etdim və dedim, Eldəniz 5-in şəklini cırmaqlarına (etirazımı bildirdiyim -red.) üçün gör mənim başıma nə iş açdılar. Mən 15 ildir ki, orada alver edirəm belə bir iş hələ başıma gəlməmişdi. 5-i cırmaqlarının üstündə gör mənim başıma nə iş açdılar". M.Əliyevanın açıqlamasının ardından majoritar namizəd A.Süleymanov ona deyib: "Əgər sizə qarşı hər-hansısa bir təzyiq olsa biz buradayıq. Narahat olmayın". Baş vermiş hadisə ilə bağlı müxalif "VMH" partiyasının fəalı Azad Kərimov Aktual.ge-yə bildirilib ki, bir neçə gün bundan əvvəl Məleykə Əliyevanın qardaşı Cümşüd Əliyev mənə zəng etdi: "Cümşüd Əliyev mənə dedi ki, mən sizin partiyaya qoşulmaq istəyirəm və bu seçkilərdə sizi dəstəkləmək istəyirəm. O eləcədə mənə şəxsiyyət vəsiqəsini göndərdi". Faktla bağlı araşdırmanın aparıldığı öyrənildi. M.Əliyeva və C.Əliyevanın 25 sentyabr günorta saatlarında mediaya etdiyi açıqlamanı buradan izləyə bilərsiniz: https://www.facebook.com/aktualge/videos/987747135040344/
ŞƏRH YAZ
1