Ukraynada hərbi təyyarə qəzası: 22 nəfər öldü - VİDEO
Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında “An-26” tipli hərbi təyyarə qəzaya uğrayıb.
Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyindəki mənbə bildirib.
Məlumata görə, təyyarənin göyərtəsində kursantların olduğu bildirilir. Hadisə yerli vaxtla 20:45-də Çuquyev şəhəri yaxınlığında baş verib. Təyyarədə Xarkov Hava Qüvvələri Universitetinin kursantlarının təlim uçuşunun həyata keçirildiyi deyilir.
Aviaqəza nəticəsində ölənlərin və xəsarət alanların olduğu qeyd olunub. Məlumata görə, qəzaya uğrayan təyyarədə 23 nəfər – 5 ekipaj üzvü və 18 kursant olub. Ölkənin Daxili İşlər Nazirliyi insident nəticəsində 18 nəfərin öldüyünü, 2 nəfərinsə ağır yaralandığını təsdiqləyib.