Saakaşvilinin vəziyyəti ağır olaraq qalmaqdadır - Tam 17 diaqnoz qoyulub
12.08.2022 11:10
528
Sağlamlıq
A
Saakaşvilinin vəziyyəti ağır olaraq qalmaqdadır - Tam 17 diaqnoz qoyulub

Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşviliyə həkimlər 17 fərqli diaqnoz qoyublar.

Aktual.ge xəbər verir ki, bu barədə sabiq dövlət rəhbərinin qardaşı Georgi Saakaşvili deyib.

O bildirib ki, Saakaşvili daha 11 kq arıqlayıb:

“O, çox zəifdir. Məlum oldu ki, son iki-üç gündə ona daha üç diaqnoz qoyulub, ona görə də onun Gürcüstanda yaxşılaşmayacağı bəllidir. Biz vəziyyəti öyrənmək üçün xarici mütəxəssislərin gəlməsini gözləyirik və onun xarici klinikaya köçürülməsini tez bir zamanda təşkil etmək istəyirik”.

ŞƏRH YAZ
0