İyulda ixracın rekord həcmi - 540 milyon dollar qeydə alınıb.
Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili hökumətin iclasında məlumat verib.
Onun sözlərinə görə, ölkədə ixracda təxminən 40% artım var.
“İyulda 540 milyon dollarlıq rekord ixrac həcmi qeydə alınıb. Əvvəlki illə müqayisə etsək, ixracımızda təxminən 40 faiz artım var. Onu da deyim ki, qeyd olunan ixrac göstəricisi ötən ilin iyul ayı ilə yanaşı, digər aylarla müqayisədə rekord göstəricidir. Ümumilikdə, yanvar-iyul aylarında ixrac təxminən 37% artaraq 3 milyard dollardan çox olub. Bizdə idxalda da artım var və ümumilikdə yanvar-iyul aylarında ticarət dövriyyəsi demək olar ki, 10 milyard 200 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə təxminən 35% çoxdur”, - deyə İrakli Qaribaşvili bildirib.