Gürcüstanın iyul ayında turizmdən qazancı açıqlandı
15.08.2022 15:46
333
İqtisadiyyat
A
Gürcüstanın iyul ayında turizmdən qazancı açıqlandı

"İyulda turizmdən əldə olunan gəlirlər 2019-cu ilin məlumatlarını üstələyib və 476 milyona çatıb".

Aktual.ge xəbər verir ki, bunu  Gürcüstanın Baş naiziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

O, qeyd edib ki, müvafiq rəqəm rekord göstəricidir.

Baş nazir qeyd edib ki, ümumilikdə, yanvar-iyul aylarında səyahətdən əldə edilən gəlirlər 1 milyard 618 milyon dollar təşkil edib. 

“Ölkəyə çoxlu turistlərin gəldiyini görə bilərsiniz və mən sizə demək istəyirəm ki, iyul ayında səyahətdən, yəni turizmdən gələn gəlir pandemiyadan sonra ilk dəfə olaraq 2019-cu ilin məlumatlarını üstələyib. O cümlədən turizmdən əldə edilən gəlirlər 476 mln. ABŞ. dollar təşkil edib ki, bu da sizə dediyimiz kimi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur və 2021-ci ilin göstəricisi ilə müqayisə etsək, təxminən 130% çoxdur. Ümumilikdə yanvar-iyul aylarında səyahətlərdən əldə edilən gəlirlər 1 milyard 618 milyon dollar təşkil edib. Bu bizim üçün çox sevindiricidir. Təbii ki, bu, daha çox məşğulluq, daha çox insanın işlə təmin olunması, vətəndaşlarımızın gəlirlərinin artması və yoxsulluğun azaldılması deməkdir”, - deyə İrakli Qaribaşvili bildirib.

 

ŞƏRH YAZ
3