Maliyyə nazirindən larinin məzənnəsi ilə bağlı milyonları maraqlandıran mühüm açıqlama
15.08.2022 16:14
512
İqtisadiyyat
A
Maliyyə nazirindən larinin məzənnəsi ilə bağlı milyonları maraqlandıran mühüm açıqlama

"Son dövrdə lari əhəmiyyətli dərəcədə möhkəmlənib - ortamüddətli perspektivdə lari sabitliyi qoruyacaq".

Aktual.ge xəbər verir ki, bunu Maliyyə naziri Laşa Xutişvili hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Nazirin sözlərinə görə, larinin sabitliyini bu gün ölkədə iqtisadi fəallıq təmin edir.

“Lari son vaxtlar xeyli güclənib. Bilirsiniz ki, Ukraynada hərbi əməliyyatlar başlayanda lari 3.40-da idi, sonra 3.05-də sabit idi. Bu gün son 2 günlük ticarət nəticəsində 2,80 həddindədir. Pul vəsaitlərinin daxil olması, ixracın artan tempi, turizmin artan bərpa sürəti, pul vəsaitlərinin daxilolmalarının artım tempi ilə müəyyən edilir ki, lari orta müddətli dövrdə sabitliyi qoruya bilsin.

Təbii ki, gündəlik məlumatlardan asılı olaraq, tərəddüdlər ola bilər, lakin ortamüddətli perspektivdə lari sabit olacaq və bu, bu gün ölkədəki iqtisadi fəallıq hesabına təmin olunacaq. Larinin gündəlik dəyişməsini şərh etmək çox çətindir. Bu bir çox amillərlə bağlıdır. Lari ortamüddətli perspektivdə sabitliyini qoruyacaq”, - Maliyyə naziir qeyd edib.

Məlumat üçün bildirək ki, Milli Bank 15 avqusta 2.7089 lari səviyyəsində müəyyən edib. Beynəlxalq ticarət platforması "Bloomberg"də isə 15 avqusta 1 dolların rəsmi dəyəri 2.8075 lari təşkil edir.

 

ŞƏRH YAZ
1