Yanacağın qiymətinin ucuzlaşması ilə bağlı daha bir açıqlama verildi
15.08.2022 16:21
511
İqtisadiyyat
A
Yanacağın qiymətinin ucuzlaşması ilə bağlı daha bir açıqlama verildi

"Keçən həftə yanacağın qiyməti ucuzlaşma istiqamətində 10 tetri azalıb, avqustun sonuna kimi yenidən tənzimlənəcəyi gözlənilir".

Aktual.ge xəbər verir ki, bununla bağlı Maliyyə naziri Laşa Xutişvili hökumətin iclasından sonra keçirilən mətbuat konfransında ölkədəki yanacağın qiyməti barədə danışarkən açıqlama verib.

Onun sözlərinə görə, yanacağın qiymətinin tənzimlənməsi neftin qiymətindən asılıdır.

“Yanacağın qiyməti ilə bağlı müvafiq sektorla görüşdük. Beynəlxalq bazarda mövcud olan tendensiyaları müzakirə etdik. Bilirsiz ki, ötən həftə qiymət endirmə istiqamətində 10 tetri yanacaq ucuzlaşıb, avqustun sonuna kimi daha bir düzəlişin ediləcəyi gözlənilir. Bu, təbii olaraq, azalma tendensiyası ilə xarakterizə olunan beynəlxalq neft qiymətlərindən asılıdır. Avqustun sonuna qədər ucuzlaşma istiqamətində qiymət ucuzlaşması ola bilər”, - Laşa Xutsişvili qeyd edir.

Xatırladaq ki, bundan əvvəl də Baş nazir İrakli Qaribaşvili hökumətin iclasında bildirib ki, avqustun axrına qədər yanacağın qiyməti 20-30 tetri ucuzlaşacaq.

ŞƏRH YAZ
4