İrəvandakı partlayışda ölənlərin sayı yenə artdı
16.08.2022 08:17
260
Dünya
A
İrəvandakı partlayışda ölənlərin sayı yenə artdı

Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Bu barədə Aktual.ge Ermenistan mətbuatına istinadən xəbər verir.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölənlərdən 9-nun, o cümlədən meyiti tapılan uşağın şəxsiyyəti hələ müəyyən edilməyib. 

Avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın olub. Hadisə nəticəsində daha 62 nəfər yaralanıb.

Hadisə pirotexnik məhsulların mağazasında baş verib.

ŞƏRH YAZ
0