Zelenski dünyaya səsləndi: Bu, təcili tədbir görülməsi lazım olan bir vəziyyətdir.
16.08.2022 11:02
273
Siyasət
A
Zelenski dünyaya səsləndi: Bu, təcili tədbir görülməsi lazım olan bir vəziyyətdir.

Dünya Zaporojye Atom Elektrik Stansiyasını (AES) qorumasa, uduzacaq.

Aktual.ge xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.

“Ölkələr uzun müddətdir, dünyada radiasiya təhlükəsizliyinə nail olmaq üçün çalışırlar. Əgər indi Zaporojye AES Rusiya işğalçılarından qorunmasa, dünya mübarizədə uduzacaq”, - dövlət başçısı əlavə edib.

Elektrik stansiyasının ətrafının Rusiya ordusu tərəfindən davamlı olaraq bombalandığını bildirən Zelenski: "Rusiya Zaporojye Atom Elektrik Stansiyasında və ətrafında təxribat xarakterli hərəkətlərini davam etdirir. İşğalçılar stansiyanı qorumaq bəhanəsi ilə yaxınlıqdakı şəhərləri bombalamağa davam edir. Rusiya sursat və avadanlıqlarını faktiki stansiya anbarlarında gizlədir.

"Radiasiya hadisəsi Gürcüstan və digər ölkələrə zərbə olacaq" deyən Zelenski qeyd edib:

"Əgər bu terror dövləti beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymasa, bu, təcili tədbir görülməsi lazım olan bir vəziyyətdir. Zaporojye Atom Elektrik Stansiyasında baş verəcək hər hansı radiasiya hadisəsi Avropa İttifaqı ölkələrinə təsir edəcək, o cümlədən Türkiyə, Gürcüstan və digər bölgələrdəki ölkələrə. Hər şey küləyin istiqamətindən və gücündən asılıdır. Rusiyanın hərəkətləri fəlakətə gətirib çıxarsa, bunun nəticələri hələlik susanlar üçün də ola bilər. İndi dünya atom elektrik stansiyasını müdafiə etmək üçün güc və əzm nümayiş etdirməsə. Bu, dünyanın uduzması demək olacaq".

 

ŞƏRH YAZ
0