İrəvan qorxu içindədir - Növbəti təhlükə elan edildi
16.08.2022 11:10
288
Dünya
A
İrəvan qorxu içindədir - Növbəti təhlükə elan edildi

Avqustun 16-da saat 10:05-də Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə İrəvan metro stansiyalarında partlayıcı qurğuların yerləşdirildiyi barədə xəbərdarlıq edilib.

Aktual.ge xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayır.

Bildirilib ki, Ermənistan Daxili İşlər Nazirliyinin aidiyyatı departamentləri və kinoloji dəstəsi və Mülki Müdafiə İdarəsinin Mülki Müdafiə Qoşunlarının Kollektiv Mərkəzinin mühəndis-xilasetmə dəstəsi hadisə yerinə yollanıb.

Qeyd olunub ki, hazırda İrəvanda metro ilə sərnişindaşıma müvəqqəti olaraq dayandırılıb. 

 

ŞƏRH YAZ
1