Tbilisi Meriyasından yaşlı nəslin üzünü güldürəcək QƏRAR
16.08.2022 11:29
546
Maraqlı
A
Tbilisi Meriyasından yaşlı nəslin üzünü güldürəcək QƏRAR

Tbilisi Meriyası 60 və 60 yaşdan yuxarı insanlar üçün hovuz və fitnes zallarının xidmətlərini maliyyələşdirəcək.

Aktual.ge xəbər verir ki, müvafiq qərar paytaxt Meriyası tərəfindən qəbul edilib.

Qərara əsasən, alt proqrama qoşulduqdan sonra istifadəçilər hovuzda və/və ya fitnes zalında 1 saat çimmələri üçün maliyyə ayrılacaq. Beləliklə bildirilib ki, 60 və 60 yaşdan yuxarı insanlar müvafiq xidmətdən bir ay ərzində 9 dəfə fadayalana bilərlər.

Bildirilib ki, sözügedən xidmətdən yalnız Tbilisidə qeydiyyatda olan yaşı 60 və yuxarı olan şəxslər saat 11:00-dən 14:00-dək istifadə edə bilərlər.

Qeyd olunub ki, Tbilisi Meriyasının "Yaşlı nəsil üçün idman" büdcə alt proqramına əsasən, ayda 300 nəfərdən çox olmayan insan maliyyələşdirilməyəcək. İstifadəçilər üzgüçülük hovuzu və ya fitness zalı arasında sərbəst seçim edə bilərlər.

 

 

ŞƏRH YAZ
2