16.08.2022 14:27
253
Siyasət
A
"Gürcü Arzusu"ndan istefa verən deputatlardan ABŞ səfirliyinə növbəti sərt tənqid

"Amerika səfirliyinin son üç ildə cəhdi 'Milli Hərəkat'ı hakimiyyətə qaytarmaq və onların vasitəsilə məhkəmə sisteminə nüfuz etmək olub".

Aktual.ge məlumat verir ki, bu bəyanatla hakim "Gürcü Arzusu"ndan ayrılan millət vəkilləri Sozar Subari, Mixail Kavelaşvili və Dimitri Xundadze çıxış edib.

Gürcüstan Məhkəmə müstəqilliyinə zərbə vurmağın ABŞ səfirliyin əsas prioritetlərindən biri olduğunu qeyd olunan bəyanatda deyilir:

“Son üç il ərzində ictimaiyyət, əsasən, səfirliyin iki cəhdini müşahidə edib: birincisi, xalqın iradəsinə zidd olaraq hakimiyyətin dəyişməsi və 'Milli Hərəkat'ın hakimiyyətə qayıdışı, ikincisi, həmin 'Milli Hərəkat'ın vasitəsilə məhkəmə sisteminə nüfuz etmək.

Səfirliyin əsas konstitusion ədalət mühakiməsi orqanı - Ali Ədliyyə Şurası haqqında tam məlumatsızlığı və hakimlərə seçmə yanaşması məhkəmənin müstəqilliyinə qəsd etmək və ona nüfuz etmək məqsədini təsdiqləyir. Klan prinsiplərinə uyğun olaraq, səfirlik səfərlər, təlimlər və seminarlar planlaşdırarkən xüsusi imtiyazlardan istifadə edən on nəfərə yaxın sevimli hakimi seçib. Ümumiyyətlə, Ali Ədliyyə Şurasından yan keçməklə həyata keçirilən sözügedən tədbirin təşkili zamanı ayrı-seçkilik yanaşması görünmək olar ki, bunun arxasında rəğbət bəsləyən hakimlər dairəsinin saxlanılması və genişləndirilməsi marağı dayanır. Yuxarıda qeyd olunanların davamı səfirin məhkəmələrə gözlənilməz və planlaşdırılmamış səfərləridir ki, bu da təbii olaraq eyni məqsədə xidmət edir. Bu məsələlər ciddi qanunvericilik tənzimləməsini tələb edir".

Xatırladaq ki, hakim partiyanı tərk edən deputatlar bundan əvvəl də ABŞ-ı Gürcüstan hökumətini devirməyə cəhddə ittiham etmişdilər.

ŞƏRH YAZ
7