Bu yanacaq doldurma məntəqəsində benzin və dizelin qiyməti ucuzlaşıb
17.08.2022 11:46
425
Maraqlı
A
Bu yanacaq doldurma məntəqəsində benzin və dizelin qiyməti ucuzlaşıb

"Dünya bazarında enerji məhsullarının qiymətlərinin son dinamikası və ölkədə milli valyutanın məzənnəsinin sabitliyi fonunda “Visol” avqustun 1-dən bu günə qədər benzin tipli yanacağın qiymətini 20 tetri, dizelin qiymətini isə 30 tetri ucuzlaşdırıb.

Aktual.ge xəbər verir ki, bunu “Visol” şirkətinin baş direktoru Vasil Xorava deyib.

O bildirib ki, şirkət yaxın gələcəkdə yanacağın qiymətlərini daha 20 tetri ucuzlaşdırmağı planlaşdırır.

“Larinin məzənnəsinin son dinamikası ölkənin neft sektoru üçün nikbinliyə əsas verir. Müvafiq olaraq, larinin məzənnəsi sabit olarsa və dünya bazarında enerji məhsullarının qiymətlərində azalma dinamikası qorunarsa, 'Visol' yaxın gələcəkdə yanacağın qiymətini daha 20 tetri ucuzlaşdıra biləcək. Hətta, sadiq müştərilərimizə cəmi 50 tetri endirim edəcək",-deyə şirkət rəhbəri bildirib.

ŞƏRH YAZ
0