25.08.2022 13:20
287
Maraqlı
A
"İphone 14" satışa çıxır - DƏQİQ TARİX

"Apple” iPhone 14-ü sentyabrın 7-də təqdim edəcək.

Aktual.ge xəbər verir ki, Amerikanın "Apple” şirkəti iPhone 14 smartfonlarını sentyabrın 7-də keçiriləcək təqdimat mərasimində təqdim etmək niyyətindədir.

Satışlara başlanması isə sentyabrın 16-da nəzərdə tutulub.

Bununla yanaşı, yeni smart saatlar, iPad və Mac kompüterlərinin təqdimatı olacaq. Bəzi məhsullar daha sonra ayrı-ayrı tədbirlərdə təqdim oluna bilər.

iPhone 14-ün 4 modeldən ibarət olacağı gözlənilir: iPhone 14, iPhone 14 Max, iPhone 14 Pro və iPhone 14 Pro Max.

ŞƏRH YAZ
0