Xviça Kvaratsxeliya İtaliya A Seriyasında ayın ən yaxşı oyunçusu seçilib
09.09.2022 21:50
334
İdman
A
Xviça Kvaratsxeliya İtaliya A Seriyasında ayın ən yaxşı oyunçusu seçilib

İtaliya A Seriyasında ötən ayın ən yaxşı futbolçusu bəlli olub.

Aktual.ge yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Napoli"də çıxış edən Xviça Kvaratsxeliya layiq görülüb.

21 yaşlı hücumçu səsvermədə "Roma"dan Paulo Dibalanı, "Atalanta"dan Ten Kopmeynersi, "İnter"dən Lautaro Martinesi və "Yuventus"dan Duşan Vlahoviçi qabaqlayıb.

Gürcüstanlı forvard avqustda A Seriyasında 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Kvaratsxeliya cari mövsüm çempionatda 4 qola imza atıb.

ŞƏRH YAZ
0