Gürcüstanda kilsəyə fəal gedən əhalinin faiz göstəriciləri açıqlandı - NDI
16.09.2022 14:48
293
Din
A
Gürcüstanda kilsəyə fəal gedən əhalinin faiz göstəriciləri açıqlandı - NDI

Milli Demokratiya İnstitutunun (NDI) dini sahədə həyata keçirmiş olduğu sorğuya görə, əhalinin yalnız 17%-i həftədə bir dəfə dini mərasimlərə gedir.

Aktual.ge xəbər verir ki, bu, NDI 2 min 104 nəfər arasında apardığı sorğuda öz əksini tapıb.

“Evlilik və ya tətil kimi xüsusi tədbirlərdən başqa, dini mərasimlərə nə qədər tez-tez gedirsiniz” sualına respondentlərin 17%-i ən azı həftədə bir dəfə; 67%-i isə çox az getdiyni, 15%-i da heç vaxt getmədiyini söyləyib.

Qeyd olunub ki, NDI və CRRC-Georgia tərəfindən gerçəkləştirilən sorğu iyulun 14-dən avqustun 15-dək (işğal olunmuş ərazilər istisna olmaqla) Gürcüstanın yetkin əhalisi arasında aparılan üzbəüz sorğunun nəticələrinə əsaslanır. Sorğuya ümumilikdə 2 min 104 nəfər iştirak edib. Bildirilib ki, sorğunun səhv nisbəti +/- 2 faizdir.

ŞƏRH YAZ
1