Rusların Tbilisiyə sürətlə axını başladı
22.09.2022 09:55
366
Siyasət
A
Rusların Tbilisiyə sürətlə axını başladı

Gürcüstana Rusiya vətəndaşlarının növbəti miqrasiya dalğası başlayıb. 

Aktual.ge xəbər verir ki, ötən gün ölkədə elan edilən qismən səfəbərlik rusların ölkədə qaçmağına səbəb olub.

Belə ki, onlar ən çox qonşuluqda yer alan ölkələrə üz tuturlar Gürcüstan, Belarus və Ermənistan var. Bununla belə gecə gec saatlarında Tbilisi Beynəlxalq Hava Limanına bir neçə reys eniş edərək qaçan Rusiya vətəndaşlarını gətirib.

Bundan başqa, Larsi sərhəd-keçid məntəqəsində bir kilometr uzunluğunda tıxac yaranıb. Çox sayıda Rusiya vətəndaşı Gürcüstana daxil olaraq elan edilmiş səfərbərlikdən xilas olmağa çalışır.

Hökumətin isə bununla bağlı hərhansı addım atıb atmayacağı hələlik məlum deyil.

ŞƏRH YAZ
9